İsmayıllıda fərdi yaşayış evi yanıb VİDEO
İsmayıllı, 23 mart, AZƏRTAC
İsmayıllı şəhərində Hacıyev Elşən Zakir oğluna məxsus ümumi sahəsi150 kvadratmetr olan 5 otaqlı fərdi yaşayış evi yanıb.
Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yanğın hadisəsi martın 23-də saat 4 radələrində Ü.Hacıbəyli küçəsi, ev 4-də baş verib. 4 nəfərlik ailə üzvü qaçaraq xilas olub. Lakin kürsülü ev içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.
Məlumat aldıqdan dərhal sonra hadisə yerinə gələn FHN-nin İsmayıllı Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi yanğının ətraf ərazilərə yayılmasının qarşısını alıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.