İsmayıllıda taxıl sahələrində aqrotexniki qulluq işləri aparılır
İsmayıllı, 20 mart, AZƏRTAC
İsmayıllı rayonunda payızda əkilən taxıl sahələrində aqrotexniki qulluq işləri aparılır.
Rayon Dövlət Aqrar inkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən payızda əkin aparılan 30165 hektar sahədə normal çıxış alınıb və hazırda bütün ərazi dairələrində sahələrə yaz qayğıları göstərilir. Belə ki, taxıl əkinlərinə yemləmə (azot) gübrəsi verilir, alaq otlarına və yabanı vələmirə qarşı mübarizə tədbirləri aparılır. İndiyədək 5 min hektardan çox sahəyə yemləmə gübrəsi verilib, 4 min hektarda alaq otlarına, yabanı vələmirə qarşı herbisid çilənib.
Taxıl sahələrində yaz qayğıları davam edir.