İSO 9001:2015 beynəlxalq standartı üzrə baş audit təlimi keçiriləcək
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Təlim-tədris Mərkəzi - İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması orqanı avqustun 7-dən 11-dək İSO 9001:2015 beynəlxalq standartı üzrə təlimin keçirilməsini planlaşdırır.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, təlimin məqsədi məhsulların və xidmətlərin rəqabətə davamlılığının artırılması; qanunların və normativ sənədlərin tətbiqinin təmini; maraqlı tərəflərlə qarşılıqlı səmərə əsasında işləmə; texnoloji avadanlıqlardan səmərəli istifadə; öz fəaliyyət sahəsi üzrə regional liderlik; müştərilərin məmnunluğunun təmini; kadrların səriştəliliyinin təmini; beynəlxalq tenderlərdə iştirak riskləri qiymətləndirməkdir.
Beynəlxalq standartların (İSO) təlimi və tətbiqi təşkilata tədarükçülər və sifarişçilərlə qarşılıqlı səmərə əsasında işləməyə, normativ-texniki sənədlərin və qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə, kadrların səriştəliliyinin artırılmasına, infrastrukturunun işçi vəziyyətdə saxlanılmasına, uyğunsuzluqların idarə olunmasına, korreksiyaedici tədbirlərin tətbiqinə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və sifarişçilərin məmnunluğunun təmin edilməsinə imkan verir.
Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil ediləcəkdir. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim olunacaq. Təşkil olunmuş imtahandan uğurla keçə bilməyənlərə isə “İştirakçı sertifikatı” veriləcəkdir.