İspaniya klubunun azarkeşləri böyükhesablı məğlubiyyətdən sonra pullarının geri qaytarılmasını tələb ediblər
Bakı, 25 fevral, AZƏRTAC
İspaniyanın "Valyadolid" klubunun azarkeşləri La Liqanın XXV turunun "Atletik"lə səfər oyununa aldıqları biletlərin pulunun geri qaytarılmasını istəyirlər.
AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb komandanın 1:7 hesabı ilə məğlub olmasıdır.
Fanatlar xüsusilə rəqibin hücumçusu Niko Uilyamsın 6 müdafiəçini keçərək qol vurmasını qəbul edə bilmirlər. Onların fikrincə, "Valyadolid"in üzvləri meydanda çox istəksiz oyun sərgiləyiblər.
Qeyd edək ki, La Liqada 25 oyuna 59 top buraxan komanda hazırda turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]