İspaniya Xarici İşlər Nazirliyi: Dağlıq Qarabağda keçiriləcək “seçkilər”in heç bir legitimliyi yoxdur
Bakı, 2 may, AZƏRTAC
İspaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, Dağlıq Qarabağ bölgəsində mayın 3-də keçiriləcək “parlament seçkiləri”nin heç bir etibarlılığı və legitimliyi yoxdur.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bəyanatda vurğulanır ki, bu ərazinin ayrılması güc tətbiq etmənin nəticəsidir, beynəlxalq hüquqa ziddir və rəsmi Bakı tərəfindən tanınmayıb.
İspaniya hökuməti hər iki tərəfi danışıqlarda hazırkı status-kvoya son qoymağa, Dağlıq Qarabağ münaqişəsinin siyasi və davamlı həllinin tapılması məqsədilə BMT Nizamnaməsi və Helsinki Yekun Aktının əsas prinsiplərinin tətbiqi əsasında regionda sülhün, təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən danışıqların davam etdirilməsinə çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]