İspaniyada daşqın zamanı köməksiz qalan qadını selin apardığı avtomobilin damı xilas edib
Bakı, 8 iyul, AZƏRTAC
İspaniyada daşqın avtomobilləri yuyub apararkən köməksiz vəziyyətdə qalan qadın onların birinin damından yapışaraq salamat qalıb.
AZƏRTAC “The Independent” agentliyinə istinadla xəbər verir ki, ölkənin şimal-şərq bölgəsində baş verən leysan yağış güclü daşqınlara səbəb olub. Şiddətli yağış və tufan Saraqosada böyük daşqınlar yaradıb və nəticədə küçələrdə sürətlə axan çaylar əmələ gəlib.
Hadisə yerindən çəkilmiş kadrlarda suyun ötüb keçdiyi bir vaxtda qadının avtomobilin damından tutduğu görünür. Həmin qadın daha sonra yanğınsöndürənlər tərəfindən xilas edilib.
Daşqın nəticəsində çox sayda insan köməksiz vəziyyətdə qalıb, avtomobilləri sel aparıb.
Barselona ilə Saraqosa arasında qatarların hərəkəti bir müddət dayandırılıb, bir çox ev və iş yerləri su altında qalıb. Şəhərdə nəqliyyat iflic olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]