İspaniyada ərzağın qiymətində rekord bahalaşma qeydə alınıb
Bakı, 13 yanvar, AZƏRTAC
Ötən ilin dekabr ayında İspaniyada ərzağın qiymətində bahalaşma rekord həddə çatıb.
AZƏRTAC İspaniya mediasına istinadla xəbər verir ki, bu barədə krallığın Statistika İnstitutu məlumat yayıb.
Məlumata görə, ötən ay ərzaq məhsullarının qiyməti illik müqayisədə 15,7 faiz artaraq müşahidələrin başlandığı 1994-cü ilin yanvarından bəri ən yüksək səviyyəyə çatıb. Bahalaşma süd, pendir, yumurta, yağ, sərinləşdirici içkilər və ətin qiymətində özünü daha çox göstərib. Eyni zamanda, dekabrda inflyasiyanın sürəti noyabr ayında qeydə alınan 6,8 faizdən 5,7 faizə qədər zəifləyib. Bu, ötən ilin bütün ayları ərzində ən aşağı göstəricidir.
Bir müddət öncə İspaniya hökuməti Ukraynadakı böhranın iqtisadi və sosial nəticələrini yumşaltmaq üçün yeni yardım paketini təsdiqləyib. Böhran əleyhinə tədbirlər altı ay ərzində bir sıra ərzaq məhsulları üzrə əlavə dəyər vergisinin azaldılmasını nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]