İspaniyada plastik məhsullara görə “yaşıl” verginin tətbiqi planlaşdırılır
Bakı, 5 iyun, AZƏRTAC
İspaniya vergiqoymanın köməyi ilə ekoloji problemlərə, o cümlədən plastik kütlədən hazırlanan məhsullardan istifadəyə qarşı mübarizəyə başlayacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, "yaşıl" vergi ildə 724 min avro toplamağı nəzərdə tutur. Hökumət bu barədə qanunun 2021-ci ilin birinci yarısında qəbul edilməsini planlaşdırır.
"Yaşıl" qanunun məqsədi 2030-cu ilədək ölkə ərazisindəki bütün tullantıların miqdarını 2010-cu ilin göstəriciləri ilə müqayisədə 15 faiz azaltmaqdır. Bununla da, İspaniya Avropa təsisatlarının plastik tullantılara qarşı bir neçə il bundan əvvəl başladıqları mübarizəyə qoşulacaq.
Ölkədə 2021-ci ilin iyulundan birdəfəlik plastik məhsulların satışının qanunla qadağan olunacağı gözlənilir. Həmçinin tərkibində mikroplastiklər olan kosmetik və yuyucu vasitələr də qadağan ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]