Azərbaycan Dövlət İnformasiya Agentliyi

İspaniyanın separatizmə dəstəyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hədəf alıb

İspaniyanın separatizmə dəstəyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hədəf alıb

Bakı, 15 avqust, Hikmət Əhmədov, AZƏRTAC

Beynəlxalq münasibətlər sistemində dağıdıcı amillər arasında bəlkə də ən birinci sırada separatizm gəlir. Separatizm formasından və səviyyəsindən asılı olmayaraq, milli, regional və beynəlxalq təhlükəsizliyə təhdid yaradan destruktiv faktordur. Bu görə də separatizmin dünya miqyasında güclənməsinin qarşısını almaq üçün ciddi müqavimət mexanizminin formalaşdırılması ciddi zərurətə çevrilib. Lakin təəssüf ki, bir sıra ölkələr və siyasi dairələr separatizm məsələsinə milli maraqlar, ikili standartlar, selektiv münasibət əsasında yanaşırlar. Belə yanaşmanın da ən sonuncu örnəklərindən birini də İspaniya ortaya qoydu.

AZƏRTAC xəbər verir ki, İspaniyanın Rusiyadakı səfirliyi Qarabağdakı erməni separatçılarına yardım göstərildiyini açıqlayıb. Bu barədə İspaniya səfirliyinin X (tviter) hesabındakı paylaşımda məlumat verilib. Hiddət doğuran məqamlardan biri də odur ki, paylaşımda Qarabağ separatçılarının qondarma “bayrağından” da istifadə olunub.

Separatizmdən əziyyət çəkən bir ölkənin başqa bir müstəqil dövlətin - Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hədəf alaraq separatizmə dəstək verməsi ən yumşaq mənada həyasızlıq nümunəsidir. Bu mövqe, yanaşma qətiyyən anlaşılan deyil. Bu ölkənin yanaşması bölücülük meyillərinin güclənməsini şərtləndirsə də, sözsüz ki, müasir müstəqil Azərbaycanda reallaşması mümkün olmayacaq. İkili standartlar mövqeyindən çıxış edən İspaniya lap yaxın tarixdə - cəmi bir neçə il öncə eyni problemlə üzləşdiyini nə tez unutdu? Məgər bu ölkə müəyyən müddət sonra separatizm təhdidi ilə yenidən üzləşə və bumeranq effekti ilə qarşılaşa biləcəyini unutmamalı deyilmi?

İspaniyanın bu addımı ilə ilk növbədə özü üçün yaratdığı dolaşıq situasiyanı, özünü gülünc duruma saldığını təsəvvür etmək üçün bir neçə il öncəyə - 2017-ci ilə qısa bir nəzər salmaq lazımdır (Bu, həm də İspaniyanın üçün bir xatırlatma olar). Həmin il Kataloniyanın müstəqilliyinə dair referendumda iki milyondan çox insan (90,81 faizi) müstəqilliyin lehinə səs vermişdi. Bunun ardından Kataloniya parlamenti bölgənin müstəqilliyini elan etmişdi. Milli-etnik münaqişələrin həllinə biganəlik, hətta proseslərin süni şəkildə körüklənməsi özünün acı nəticələrini etnik separatizmin baş qaldırması ilə əyani şəkildə göstərmişdi. O zaman Azərbaycanın Xarici İşlər Nazirliyi baş verənləri belə şərh etmişdi: “Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə hörmət edir”. Amma bu gün İspaniyanın Rusiyadakı səfirliyi beynəlxalq hüququn prinsiplərini kobudcasına pozaraq Qarabağ separatçılarına açıq dəstək nümayiş etdirir.

Azərbaycanın məruz qaldığı separatçılıq meyillərinə müəyyən qüvvələrin və bəzi dövlətlərin ikili standartlar nümayiş etdirməsi birinci hal deyil. Prezident İlham Əliyev bununla bağlı qəti etirazını və Azərbaycan dövlətinin mövqeyini dəfələrlə ən yüksək tribunalardan bəyan edib. Dövlətimizin başçısının ötən ay “Euronews” televiziyasına müsahibəsində separatizm məsələsinə ikili yanaşma məsələsinə toxunaraq, bununla bağlı haqlı suallar ünvanlamışdı: “...nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir?... Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik?”.

Bu gün separatizm faktı ilə qarşı-qarşıya qalan siyasi dairələr də anlamalıdırlar ki, dünya birliyini təhdid edən yeni münaqişə ocaqlarının yaranmasının qarşısını almağın yeganə yolu beynəlxalq hüququn təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyünün qeyd-şərtsiz dəstəklənməsidir.

Yenə İspaniyadakı vəziyyətə qayıdaq: Bu ölkə iqtisadiyyatının 25 faiz həcminə sahib olan Kataloniyada təşkil edilmiş referenduma qarşı İspaniya hökuməti çox sərt tədbirlər həyata keçirdi. Belə ki, ölkənin Konstitusiya Məhkəməsi referendumu və sonradan qəbul olunmuş qərarları antikonstitusion elan etdi və İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsindən istifadə edərək Kataloniyanın özünüidarəsini ləğv etdi. İspaniyanın Baş naziri Kataloniya rəhbəri Karles Puçdemonun və onun hökumət üzvlərinin vəzifədən azad edildiyini bildirdi. Kataloniya birbaşa Madridin idarəçiliyinə keçdi və bölgəyə rəhbərlik İspaniya Baş nazirinin müavinə həvalə olundu, parlament buraxıldı. Həmçinin Kataloniyada 20-ə yaxın məmur saxlanıldı, onlar 8 ildən 13 ilədək azadlıqdan məhrum edildi, 30 illik həbs təhlükəsi olan K.Puçdemon ölkədən qaçaraq Belçikadan siyasi sığınacaq istədi və hazırda Avropada gizlənir.

Öz ərazisində bu cür sərt addımlar atan rəsmi Madridin dünyada separatizmə qarşı vahid münasibət formalaşdırmalı, bu məsələ ilə bağlı ikili standartlara və selektiv yanaşmaya yol verməməli olduğu halda, Azərbaycanda separatizmə dəstək verməsi qeyri-konstruktiv yanaşma, riyakarlıq və prinsipsizlikdən başqa bir şey deyil. İspaniyada katalon separatizmi mahiyyətcə erməni separatizmi ilə eynidir. Yalnız bir fərq var: Kataloniya separatçıları silahsızdırlar və onlar məqsədlərinə yalnız dinc vasitələrlə çatmaq istəyirlər. Qərb isə iki separatçı hərəkata eyni cür yanaşmır: erməni separatçısının başını sığallayır, katalon separatçısını isə qınayır və onun məruz qaldığı polis zorakılığına haqq qazandırır. Şübhəsiz, belə bir fərqli yanaşma təsadüfi deyil: erməni separatizmi Azərbaycanı, katalon separatizmi isə Qərb ölkəsini hədəf alıb.

Bütün bu hadisələr Avropa qarşısında çox təhlükəli bir çağırışdır. Lakin görünən odur ki, nə Avropa, nə də separatizmdən əziyyət çəkən İspaniya baş verənlərdən nəticə çıxarmır, separatizmə və terrorizmə, eləcə də demokratik dəyərlərə münasibətdə ikili standartlardan əl çəkmək fikrində deyil. Görünür, asılı olduqları erməni havadarlarının təsir imkanları daha güclüdür. Qərb onu da unutmamalıdır ki, Avropada onlarla potensial separatizm ocağı var. Təkcə İspaniyada Basklar ölkəsi və Kataloniya ilə yanaşı, ölkənin şimal-qərbindəki Qalisiyada, Valensiyada, Navarrada və daha bir neçə bölgədə geniş muxtariyyət və müstəqillik tələb edən qüvvələr var. Həmin o qüvvələr qıcıqlansa, separatizm ocaqları alovlansa, bumeranq effekti qaçılmaz ola bilər. İspaniya bunu unutmamalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb