İSRAİL RUSİYANIN SÜLH TƏŞƏBBÜSÜNÜ RƏDD ETDİ
O, həmin planı “pis ideya” adlandırmışdır, çünki səfirin sözlərinə görə, İsrailin müdafiə ordusu tərəfindən atəşin dayandırılması “Hizbullah”ı öz qüvvələrini yenidən qruplaşdırmağa imkan verəcəkdir.
Gillerman demişdir ki, o, həmin təklifi BMT-nin müzakirəsinə verən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinlə görüşmüş və öz ölkəsinin mövqeyini ona izah etmişdir.
İsrail səfiri vurğulamışdır ki, Rusiyanın irəli sürdüyü təşəbbüs dünya birliyinin diqqətini Yaxın Şərq münaqişəsinin kompleks şəkildə həll edilməsindən yayındırır.
Xatırladaq ki, Rusiyanın qətnaməsi avqustun 10-da BMT Təhlükəsizlik Şurasının müzakirəsinə təqdim olunmuşdur. Belə ki, Çurkinin sözlərinə görə, Fransa və Amerikanın Yaxın Şərqə dair qətnaməsi yaxın perspektivdə qəbul edilməyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]