İsrail və HƏMAS liderləri Misir Prezidentinə təşəkkür ediblər
Qahirə, 22 may, AZƏRTAC
İsrail və HƏMAS liderləri tərəflər arasında atəşkəsə vasitəçilik edən Misir Prezidenti Əbdülfəttah əl-Sisiyə təşəkkür ediblər.
AZƏRTAC xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu özünün tviter hesabında yazıb: “Prezident əl-Sisi, regionda sülh, sabitlik və təhlükəsizliyin bərpa olunması istiqamətində mühüm rolunuza görə Sizə təşəkkürümü bildirirəm”.
HƏMAS lideri İsmayıl Haniyə Qəzzada keçirdiyi mətbuat konfransında atəşkəsin əldə olunmasında səylərinə görə Misirin dövlət başçısına təşəkkürünü bildirib. ABŞ Prezidenti Co Bayden də Misir Prezidentinin İsraillə HƏMAS arasında atəşin dayandırılmasında xüsusi rolunu qeyd edib.
Misir atəşkəsin monitorinqini həyata keçirmək məqsədilə İsrail və Fələstin ərazilərinə təhlükəsizlik missiyası göndərib. Bundan başqa, Qahirədən Fələstinin Qəzza sektoruna və Rəfah bölgəsinə 130 yük avtomobili humanitar yardım yola salınıb.
Misirlə HƏMAS arasında 11 gün davam edən qarşılıqlı atəş nəticəsində 243 fələstinli və 12 israilli həlak olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]