İSRAİLİN BAŞ NAZİRİ EHUD OLMERTİN NÜFUZU XEYLİ AZALMIŞDIR
Müdafiə nazirinin populyarlığı isə həmin dövr ərzində 65 faizdən 37 faizə enmişdir. “Hizbullah” iki İsrail əsgərini ələ keçirdikdən sonra iyulun 12-də başlanan davamlı hərbi əməliyyatlar zamanı israillilərin artmaqda olan itkiləri və gündəlik raket atəşləri Olmertin və Peretsin reytinqinin düşməsinin başlıca səbəbləridir.
“Hizbullah” yaraqlıları hərbi əməliyyatlar dövründə İsrail ərazisinə 3400 raket buraxmış, bu raketlər ölkənin təxminən 1 milyon adamın məskunlaşdığı şimal bölgəsini iflic vəziyyətinə salmışdır. Əhalinin təxminən üçdəbiri öz evlərini tərk etməli olmuşdur.
Sorğu bunu da göstərmişdir ki, Olmertin “Hizbullah” yaraqlıları ilə döyüşmək üçün Livana ordu göndərmək qərarını israillilərin yalnız 39 faizi dəstəkləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]