İŞSİZLİK TƏDRİCƏN ARADAN QALDIRILIR
Qazax rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, mərkəz tərəfindən 2003-cü ildə 462 nəfərə fərdi qeydiyyat vəsiqəsi verilmiş, 149 nəfər isə rayonun idarə, müəssisə və təşkilatlarında işlə təmin olunmuşdur. Rayon üzrə 34 nəfər işsizlik statusu almış, 16 nəfər isə kompüter kurslarına cəlb edilmişdir.
2004-cü ilin əvvəlindən bəri 55 nəfər işlə təmin olunmuşdur.