İşsizlikdən Sığorta Fondunun 2026-cı il üçün büdcəsi birinci oxunuşda təsdiqlənib
Bakı, 20 noyabr, AZƏRTAC
“İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin noyabrın 20-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, 2026-cı ildə Fondun gəlirləri 238,3 milyon manat, Fondun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitin həcmi isə 28,1 milyon manat nəzərdə tutulub. 2026-cı ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 266,4 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da keçən illə müqayisədə 5,7 milyon manat çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 04.06.2026 [18:28]
AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb
- 04.06.2026 [17:59]
DSMF: Ötən ay 31 min 746 vətəndaşın müraciəti cavablandırılıb
- 04.06.2026 [17:56]
Bakıda “Foniatriyada yeni üfüqlər” adlı beynəlxalq tədbir təşkil olunub
- 04.06.2026 [17:41]