İSTAD Azərbaycan –Türkiyə münasibətlərinin inkişafında böyük işlər görüb
Oktyabrın 19-da İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) qurultayı keçirilib.
Əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib. Sonra İSTAD-ın sədri Səfər Qaraqoyunlunun hesabat məruzəsi dinlənilib.
Məruzə ətrafındakı çıxışlarda təşkilatın ötən dövrdəki fəaliyyəti yüksək qiymətləndirilib. Qeyd olunub ki, İSTAD Azərbaycan -Türkiyə münasibətlərinin inkişafında, eləcə də hər iki ölkənin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük işlər görüb.
Yenidən İSTAD-ın sədri seçilən Səfər Qaraqoyunlu təşkilatın qarşısında duran vəzifələrindən bəhs edıb. O deyib ki, rəhbərlik etdiyi təşkilat tutduğu yola bundan sonra da sadiq olacaqdır.
Sabir Şahtaxtı,
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
- 08.09.2026 [16:45]