İstanbulda inşası davam edən yeni metro xəttinin tikintisində planlama xətası aşkarlanıb
İstanbul, 11 mart, AZƏRTAC
İstanbulda inşası davam edən şəhər mərkəzi ilə İstanbul hava limanını birləşdirəcək metro xəttinin tikintisində planlama xətası aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, xəta səbəbindən yeni metro xəttinin aeroportun alt hissəsində inşa ediləcək "Hava limanı" stansiyası nəzərdə tutulan yerdən 300 metr aralıqda olacaq.
Hava limanından bu barədə verilən məlumata əsasən, aeroportla metro stansiyası arasındakı 300 metrlik məsafədə xüsusi elektron avtomobillərin fəaliyyəti nəzərdə tutulur.
Qeyd edək ki, Qayrettepe-İstanbul hava limanı metro xətti Türkiyənin ilk sürətli metrosu olacaq. 120 kilometrlik bu xətt vasitəsilə şəhər mərkəzindən İstanbul hava limanına 35 dəqiqəyə getmək mümkün olacaq.
Xəttin tikintisinin 2021-ci ilin yay aylarında başa çatdırılması planlaşdırılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]