İSTANBULDA KEÇİRİLƏN “AVROVİZİYA” MAHNI MÜSABİQƏSİNİN FİNALÇILARI MÜƏYYƏN EDİLDİ
AZƏRTAC-ın İstanbuldan aldığı xəbərdə deyilir ki, Bosfor sahillərində keçirilən 49-cu “Avroviziya” mahnı müsabiqəsinin daha 10 finalçısı müəyyən edilmişdir. İndi onlar – 24 ölkənin solistləri və musiqi kollektivləri şənbədən bazar gününə keçən gecə Avropanın bu çox yüksək nüfuzlu musiqi festivalının müxtəlif nominasiyalar üzrə qalibləri adı uğrunda bəhsləşəcəklər. Finalçılar arasında Türkiyə, Rusiya və Ukrayna nümayəndələri də var.
Xatırladaq ki, “Avroviziya” müsabiqəsinin qalibləri və mükafatçıları, ilk dəfə olaraq, telefonla səsvermə nəticəsində müəyyən ediləcəkdir. Səsvermədə Avropanın bütün ölkələrinin sakinləri iştirak edə biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:45]
Yunanıstan süni intellekt sahəsində ABŞ nəhəngləri ilə danışıqlar aparıb
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]