İstanbulda Novruz bayramı qeyd olunub
İstanbul, 19 mart, Günel Karatepe, AZƏRTAC
İstanbulda Novruz bayramı münasibəti ilə təntənəli tədbir keçirilib. Bayram şənliyi İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutub.
AZƏRTAC xəbər verir ki, mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi, şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlayıb.
Mərasimdə Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) sədrinin müavini Pərviz Məmmədzadə, İSTAD-ın sədri Səfər Qaraqoyunlu və digərləri çıxış edərək Novruz bayramının tarixindən, adət-ənənələrindən bəhs ediblər. Bildirilib ki, təxminən dörd min illik tarixə malik, dünya mədəni irsinin ən parlaq nümunələrindən olan Novruz ənənələri Türk dünyasının ortaq mirasıdır.
Mərasim konsert proqramı ilə davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:28]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [19:29]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [18:53]