İstanbulda qəzaya uğramış təyyarənin “qara qutu”sunun araşdırılmasına dair ilkin hesabat hazırlanıb
İstanbul, 11 mart, AZƏRTAC
İstanbulun Sabiha Gökçən hava limanında qəzaya uğramış təyyarənin “qara qutu”sunun araşdırılmasına dair ilkin hesabat hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Nəqliyyatın Təhlükəsizliyinin Araşdırılması Mərkəzindən bildirilib.
Qeyd edilib ki, əldə olunan ilkin hesabat Anadolu Baş Prokurorluğuna göndərilib.
Almaniyada araşdırılan və təyyarənin qəza səbəbini bəlli edəcək hesabatın hazırlanmasına mərkəzin mütəxəssisləri ilə yanaşı, ABŞ-ın Mülki Aviasiya Təşkilatının və “Boing” şirkətinin əməkdaşları da cəlb olunublar.
Xatırladaq ki, bu il fevralın 5-də İzmir-İstanbul aviareysi üzrə hərəkət edən sərnişin təyyarəsi İstanbulun Sabiha Gökçən hava limanına sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb. Hadisə nəticəsində üç nəfər həlak olub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]