İstanbulda təhlükəli terrorçu ələ keçirilib
Ankara, 3 yanvar, AZƏRTAC
İstanbul Polis İdarəsinin əməkdaşları terror aktı törətməyə hazırlaşan və bu niyyətlə də rəqəmsal vasitələrlə təbliğat işi aparan İŞİD terrorçusunu ələ keçiriblər.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, “tənha canavar” (yalnız kürt) kod adı ilə terror aktı planlaşdıran şəxsin yaşadığı evdə aparılan axtarış zamanı ciddi dəlillər, o cümlədən rəqəmsal vasitələrlə düzəldilən materiallar ələ keçirilib.
Bildirilib ki, ələ keçirilən sübutlar şübhəlinin ölkədə yerli və xarici turistlərin olduğu məkanlarda, turizm obyektlərində terror aktı törətmək niyyətində olduğunu aşkara çıxarıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]