Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstedad və əzmkarlığı birləşdirən Zərrin Şükürlə MÜSAHİBƏ

Bakı, 1 aprel, Fidan Əlizadə, AZƏRTAC

Gənc yaşda piano ifaçısı olmaq səbir və sevgi tələb edir. Uğur üçün güclü baza qurmaq, notları duymaq və ritmi hiss etmək vacibdir.

Müsahibimiz piano ifaçısı və bəstəkarlıq fəaliyyəti ilə məşğul olan Zərrin Şükürdür. O, musiqi sahəsində qazandığı uğurları, yarışmalarda iştirak təcrübələrini, gələcək planlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

Musiqinin, sadəcə, sənət deyil, həyat tərzi olduğunu deyən həmsöhbətim bildirib ki, üç yaşında valideynlərinin dəstəyi ilə bu sahədə ilk addımlarını atıb.

“Musiqi təhsili almış valideynlərim istedadımı erkən yaşda kəşf edərək, məni Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinə gətirdilər. İlk dəfə dörd yaşımda bu məktəbdə təşkil edilən “Səhnəyə ilk addım” adlı konsertdə çıxış etdim. Bir həftə sonra isə kamança ifaçısını pianoda müşayiət etdim və həmin andan etibarən musiqinin sehrinə düşdüm. 2014-cü ildən 2022-ci ilədək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdindəki orta ixtisas musiqi məktəb-studiyasında təhsil aldım. 2023-cü ildən isə L. və M. Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin fortepiano şöbəsinin müdiri, 35 ildən artıq pedaqoji təcrübəyə malik Afaq Rəhimovanın sinfində təhsilimi davam etdirirəm. Hazırda IX sinif şagirdiyəm və ifaçılıq sənətində daha da təkmilləşmək üçün çalışıram”.

– Təhsil aldığınız müddətdə əldə etdiyiniz nailiyyətlər barədə danışmağınızı istərdik….

– Uğur yolum 2016-cı ildə başladı. İlk beynəlxalq müsabiqədə – “Kainat” Gənclər Mərkəzinin təşkil etdiyi İslam Dünyası Gənc Klassik Musiqi İfaçılarının V Beynəlxalq Müsabiqəsində ən kiçik iştirakçı adını qazandım. Daha sonra 2017-ci ildə “World Harmony” Beynəlxalq Müsabiqəsində laureat oldum, 2018-ci ildə isə İstanbulda keçirilən “Pera Uluslararası Müzik Festivalı”nda eyni uğura imza atdım. Müxtəlif illərdə İtaliya, Almaniya, Türkiyə, Rusiya və digər ölkələrin tanınmış pianoçu-pedaqoqlarının ustad dərslərində iştirak etdim. 2022-ci ildə Romada keçirilən “Sonja Pahor” Avropa Piano Müsabiqəsində, eləcə də Milanda təşkil olunan “Concorro per Crescere” müsabiqəsində laureat adına layiq görüldüm. 2023-cü ildə isə İzmir şəhərində baş tutan “ADS Piano Akademisi Uluslararası Gülsin Onay Piano Festivalı və Yarışması”nda “Özel Jüri Ödülü”nü qazandım. Bununla yanaşı, elmi tədqiqatlar və musiqi araşdırmaları ilə də məşğul oluram. 2023-cü ildə Türkiyədə keçirilən beynəlxalq elmi simpoziumlarda fortepiano ifaçılığı və milli musiqimiz barədə məqalələrlə çıxış etmişəm. Məqalələrim Rusiya, Türkiyə və Hindistanın nüfuzlu elmi jurnallarında dərc olunub.

– Maraqlıdır, beynəlxalq müsabiqələrdə iştirak sizə nə qazandırır?

– Hər bir müsabiqə mənim üçün yeni bir təcrübə və inkişaf imkanıdır. Bəzi yarışlar məni tanınmış münsiflər heyəti ilə görüşdürüb, onların dəyərli məsləhətləri mənə peşəkar baxış qazandırıb. Həmçinin belə tədbirlərdə iştirakçı olmaq, sənətin zirvəsinə aparan yolun nə qədər çətin və əzm tələb etdiyini öyrədir. Xüsusilə 2019-cu ildə keçirilən “Simurq” Uşaq Festivalı mənim üçün dönüş nöqtəsi oldu. Münsiflər heyətində Səidə Tağı-zadə , Mira Marçenko, Aleksandr Gindin, Yeganə Axundova, Murad Hüseynov, Fərid Adıgözəlzadə kimi nüfuzlu musiqiçilər yer alırdı. Bu festival-müsabiqə mənim musiqi baxışımı dəyişdi, ifaçılığımı yeni bir mərhələyə qaldırdı.

– Bəstəkarlıq fəaliyyətiniz nə vaxt başladı?

– 2018-ci ildən bəstəkarlıqla məşğulam. 2021-ci ildə Üzeyir Hacıbəylinin əsərlərinin dünya miqyasında təbliğinə həsr olunmuş bəstəkarlıq müsabiqəsində ən gənc bəstəkar adına layiq görüldüm. 2022-ci ildə 12 pyesdən ibarət “Qaranquş” adlı fortepiano albomum işıq üzü gördü. 2023-cü ildə isə “Şərq Nağılları” adlı rapsodiya əsərim (həmmüəllif Nuranə Zeynalova) dahi bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə ithaf olundu. Bunlardan əlavə, 2025-ci ilin fevral ayında ilk solo konsertim təşkil olundu və bu tədbirdə “Zəfər Yolu” adlı fortepiano pyesim də təqdim edildi. Bu əsər Qarabağ müharibəsində qazandığımız zəfərə həsr olunub. Bütün bəstələrim müəllif hüquqları ilə qorunur.

– Əsərlərinizi sosial şəbəkələrdə dinləyicilərə çatdıra bilirsinizmi?

– Müasir dövrdə internet və sosial şəbəkələr musiqinin geniş kütləyə çatdırılmasında mühüm rol oynayır. Mən də bu imkandan maksimum istifadə edirəm. Yutub platformasında “ztempo” adlı kanalım var. Burada ifalarımı, Azərbaycan musiqi mədəniyyəti haqqında ingiliscə hazırladığım videoları paylaşaraq ölkəmizin musiqisini dünyaya tanıtmağa çalışıram. Bundan başqa, Harvard, Stanford və Yale kimi universitetlərin musiqi sahəsində olan kurslarında iştirak etmişəm. Xarici dillərə olan marağım da bu sahədə işimi asanlaşdırır – ingilis, rus, alman və italyan dillərində sərbəst ünsiyyət qururam.

– Gələcək planlar və yeni yaradıcılıq üfüqləriniz barədə oxucularımıza nələr söyləyə bilərsiniz?

– Planlarım çoxdur və hər biri əzmkarlıq, çalışqanlıq tələb edir. Əsas məqsədim Azərbaycan musiqisini dünya miqyasında tanıtmaq və beynəlxalq səhnələrdə həm pianoçu, həm də bəstəkar kimi çıxış etməkdir. Bunun üçün daim öz üzərimdə işləyir, repertuarımı genişləndirirəm. Mənim üçün əsas prinsip budur: “Dünənki Zərrinlə yarışmaq və hər gün bir addım irəli getmək”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb