Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsterika, xaos və işlək “yalan maşını” – Ermənistanın gerçək halı…

İsterika, xaos və işlək “yalan maşını” – Ermənistanın gerçək halı…

Bakı, 18 oktyabr, AZƏRTAC

İşğalçı Ermənistan bütün cəbhələrdə ard-arda ciddi məğlubiyyətlərə uğramaqdadır. “Qalib ədası” sindromu, boş təkəbbür və hüquqtanımazlığı cəm olub, öz başında çatlamış Paşinyan hökuməti bataqlıqda çabalamaqdadır. Müzəffər Azərbaycan ordusunun polad iradəsi, qətiyyəti düşmənin gözlədiyindən daha tez, daha keyfiyyətli və daha miqyaslı yeni şəkillənmə yaradıb. “Qalib erməni ordusu” artıq “siyasi mif”, “erməni siyasi folkloru”, erməni yalan ədəbiyyatı üçün də yararsızdır. Ədəbiyyat demiş, sosial şəbəkənin Azərbaycan seqmentində belə bir paylaşım dolaşırdı: Nizami yurdunun yaralarını Füzuli zəfəri sardı… Çox anlamlıdır! Bəli, Füzuli şəhərini və rayonun bir sıra kəndlərini itirən işğalçı ordunun müqavimətindən “m” hərfi də qalmayıb. Orda-burda başıpozuq, rabitəsiz atışları da müqavimət deyil, öz canı ilə əlləşmək, quru canını xilas etmək, zaman qazanmaq üçün çırpınışlardır. İstismarçı, işğalçı Ermənistan ordusu iflic durumuna düşüb, şəxsiyyətsiz şəxsi heyətləri arasında ruh düşkünlüyü ən yüksək həddə çatıb. Ən müxtəlif qaynaqlardan gələn, KİV-lərdə tirajlanan bilgilər “qalib ordu”nun bütün cəbhə boyu ağ bayraq qaldıraraq, Azərbaycan ordusuna təslim olmaq ərəfəsində olmasını ifadə edir. Olsun, ağ bayraq qaldırana imdad etmək əcdadımızdan gələn mili xarakterimizdir, lakin o ağ bayraq ləkəli olmamalı, ağ rəngə boyanmış qaramat niyyətlər daşımamalıdır. Bizim imdadımız, amanımız yenidən, Gəncədə körpələrin, Tərtərdə dəfn iştirakçılarının, yaxud məktəblilərin, həkimlərin raket atəşinə tutulması ilə üzərimizə qayıtmamalıdır. Müharibənin də öz qayda-qanunu, hərbçinin öz əxlaqı olmalıdır. Hərb meydanında uduzub, ön cəbhədən uzaqlardakı dinc insanları, uşaqları, qadınları, qocaları hədəf almaq, özü də, məhz onlar yatarkən raket atəşinə tutmaq rəzilliyin ötəsidir. Dinc əhalinin sadə evləri zirehdən deyil, orada hərb planları cızılmır! Belə qeyri-insani hərəkətlərlə Azərbaycanın haqlı davasını sarsıtmaq mümkünsüzdür!

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Q.Paşayeva diqqətə çatdırıb ki, hələ XIX yüzilliyin sonlarında Aleksandr Dümanın Qafqaz səfəri zamanı təsbit etdiyi kimi, öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz ermənilərlə müqavilə bağladıqdan sonra da, inanmaq, ehtiyatı əldə vermək olmaz. Azərbaycan Ordusunun tibb maşınlarını atəşə tutmadığını bildiyindən, onları “Komanda idarəetmə maşını”na çevirmək, tabut içində silah daşımaq kimi hiyləgərliklərlə uzağa getmək mümkün olmayacaq. Ermənistanda bunu anlamalı və nəhayət qəbul etməlidirlər. Çox uzağa getməyək 10 oktyabrda Moskvada elan olunmuş “humanitar atəşkəs” bəyanatının mürəkkəbi qurumamış Ermənistanın nə hoqqalardan çıxdığını gördük. İndi də Minsk qrupunun həmsədr ölkələri prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatına, Minsk qrupu həmsədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq, 18 oktyabr gecə saat 00.00-dan yeni “humanitar atəşkəs” qüvvəyə minməliydi. - Özü də, bunun məhz Ermənistan tərəfinin təkidli xahişlərinin nəticəsi olduğunu bilməyən yoxdur. Bəs nə oldu?! - Mən bilərəkdən “qüvvəyə minib” yerinə “qüvvəyə minməliydi” yazdım, çünki Ermənistan hərbi-siyasi rəhbərliyi hüququn, razılaşmanın qüvvəsini tanıya bilmir, o, yalnız tankın-topun, SİHA-nın qüvvəsini, gücünü tanıyır. Mən bu sətirləri yazarkən KİV-lər məlumat yaydı: “Ermənistanın silahlı qüvvələri humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir”…

İşğalçı Ermənistanda hökm sürən xaos cəbhəyanı bölgədə yerləşən Tərtərdə daha çox hiss olunur. Hərbi-siyasi hakimiyyətləri ciddi-cəhdlə humanitar atəşkəs əldə olunması üçün yalvardığı halda, Ermənistan silahlı qüvvələri atəşi kəsmir. İşğalçı ordu növbəti dəfə razılaşmanı kobud surətdə pozaraq, səhər tezdən Tərtərə mərmilər yağdırmaqda davam edir. Müzəffər ordumuz düşmənə layiqli cavab verir, atəş nöqtələri sıradan çıxarılır.

Sentyabrın 27-dən bəri artıq ikinci dəfədir istismarçı və işğalçı düşmən humanitar atəşkəs üçün yalvarır, sonra əldə edilmiş razılaşmanı kobud şəkildə pozur. O zaman Azərbaycan Ordusunun üzərinə düşən vəzifə aydındır: Düşmənin pozuculuq fəaliyyətinin qarşısını qətiyyətlə almaq!

Prezident İlham Əliyevin nüfuzlu xarici TV-lərə son günlər ardıcıl şəkildə verdiyi müsahibələrdə Ermənistanın iç üzü bütün incəlikləri ilə beynəlxalq ictimaiyyətə çatdırılmaqdadır. Bilməyənlər də bilir, bilənlər əlavə bilgilər əldə edir, düşmənin arasıkəsilməz yalan istehsalı zay olur…

Qeyd edib ki, Prezidentin Füzuli şəhərinin azad olunduğunu elan etməsindən öncə, qardaş Türkiyənin nüfuzlu “A Haber” televiziya kanalına verdiyi müsahibə də Ermənistanın hərbi cinayətlərini göstərmək, ordumuzun məhz xilaskarlıq missiyası həyata keçirdiyini təsbit etmək baxımından səciyyəvi idi. Nəzərə alsaq ki, qardaş ölkə TV-ləri yalnız Türkiyədə deyil, türksoylu ölkə və topluluqlarda, ərəb ölkələrində, Balkanlarda və b. yerlərdə geniş izləyici auditoriyasına malikdir, o zaman “A Haber”ə müsahibənin özünəməxsus önəmini bir daha vurğulamış olarıq. Burada vurğulanmalı bir mühüm məqam da, Prezidentin istər “A Haber”ə, istər digər TV-lərə müsahibələrdə etdiyi ismarıcların, bir sözlə, proseslərin inkişaf trayektoriyası ilə bağlı dediklərinin həyatda hərfbəhərf öz əksini tapmasıdır.

Prezident “A Haber”ə nə demişdi?

- Ermənistan tərəfi adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açır. Bu, Ermənistanın yırtıcı xislətidir;

- Azərbaycan ordusu heç zaman mülki şəxslərə qarşı atəş açmayıb, bu gün də açmır;

- Baxmayaraq ki, Gəncəyə, Tərtərə hücumlar olur, vətəndaşlarımız öz torpağında qürurla yaşayır, çətinliklərə dözür. Onları ərazi bütövlüyümüzün bərpa edilməsi, bayrağımızın işğal edilmiş bütün torpaqlarda qaldırılması amalı birləşdirir;

- Ermənistan məğlub olduğunu görüb atəşkəs istəyir; ancaq görünür ki, Ermənistan atəşkəsdən sui-istifadə edir;

- “Qalib erməni ordusu” mifi müharibə meydanında çox qısa zaman içində əridi, yox oldu. bu günlər ərzində Ermənistan ordusuna dəyən ziyan 2 milyardı keçib;

- Ermənistan Qarabağa muzdlu döyüşçülər gətirir. Hərbi əməliyyatlar başlamazdan öncə PKK-çılar orada düşərgə qurub;

- İşğal altındakı Dağlıq Qarabağ rəsmi nəzarətdən kənar bir ərazi idi; orada qaçaqmalçılıq, narko­ticarət, qanunsuz məskunlaşma, təbii sərvətlərin talan edilməsi və s. bədnam olaylar baş verirdi;

- Ermənistan müharibə coğrafiyasını genişlətməyə çalışır. “…Ermənistan ərazisindən Azərbaycana qarşı “Toçka-U”, “İsgəndər”, “Skad” və başqa çox təhlükəli silahlardan istifadə etməyə davam edəcəklərsə, - necə ki, Gəncəni Ermənistanın Vardenis rayonundan vurdular, - bu, Azərbaycan üçün legitim, qanuni hərbi hədəflər olacaq. Bunu hər kəs bilsin”;

- Azərbaycan “status-kvo”nu dəyişdi. “Status-kvo” Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında saxlanılmasına xidmət edirdi;

- Azərbaycanın işi haqq işidir, biz beynəlxalq hüquqa uyğun davranırıq və haqlı, ədalətli mübarizəmiz dəstəklənir. “Türkiyə və Pakistan ilk dəstək olan ölkələrdir. Onlardan sonra bu ölkələrin sayı artdı. Ondan sonra Əfqanıstan açıq dəstək göstərdi. Bosniya və Herseqovina, ondan sonra digər ölkələr dəstək göstərdi”.

Qonşu ölkələr tərəfsizliyini qoruyur. İran və Gürcüstan öz hava məkanını, quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı;

- Həmsədr ölkələr tərəfsizliklərini qorumalıdır.

Təbii ki, qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan həmişə sevgi ilə danışan Azərbaycan dövlət başçısı, öz mövqeyini, məhəbbətini “A Haber” efirində də ifadə etdi: “Türkiyənin gücündən narahat olan dairələr var. Türkiyə artıq 20 il əvvəlki Türkiyə deyil. Bunu bilirik, Türkiyədə yaşayan qardaşlarımız da bilirlər. Bu gün Türkiyə dünyada söz sahibidir. Heç kim Türkiyəyə nəyi isə diktə edə bilməz, nəyi isə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını dünyada layiqincə müdafiə edir, öz təhlükəsizliyini bildiyi kimi təmin edir, beynəlxalq aləmdə söz sahibidir”.

Ali Baş Komandanın “A Haber”ə hadisə kimi müsahibəsindən bir məqama da diqqət edib, başqa mövzuya toxunmaq istəyirəm: bu, milli həmrəylik mövzusudur. - “Ərazi bütövlüyümüzün bərpası bir nömrəli vəzifədir. Buna nail olmaq üçün böyük səy göstərilir - siyasi, iqtisadi, diplomatik, hərbi sahələrdə. Siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik”.

Respublikamızda fəaliyyət göstərən 50 siyasi partiyanın dünən beynəlxalq və regional təşkilatlara Müraciət ünvanlamasını Prezident İlham Əliyevin çağırışına operativ və konkret münasibət hesab edirəm. Partiyalar 30 beynəlxalq ünvana müraciət yollayaraq onları Ermənistanın oktyabrın 17-də Gəncədə törətdiyi növbəti terror aktı barədə məlumatlandırıb və ədalətli mövqe bildirməyə çağırıb. Müraciətdə, müharibəni bir vasitə kimi qəbul etməyən, mülki əhalinin, uşaqların öldürülməməsini tələb edən humanist mövqeli beynəlxalq təşkilatların və dövlətlərin diqqəti, Ermənistanın son 30 ildə çox ciddi şəkildə silahlanmasına, bölgə və beynəlxalq təhlükəsizliyi ciddi təhdid yaratmasına cəlb edilir. Baxmayaraq ki, bu silahlanma əsasən Azərbaycana qarşı yönəlib və yeni ərazilərin işğal edilməsi planı ilə bağlı olub. Bununla belə, beynəlxalq sülh və təhlükəsizliyi pozduğu da danılmazdır. Ümid edirik ki, sülhsevər dünya ictimaiyyəti bu müraciətə səssiz qalmayacaq.

Burada, iki məqam çox önəmlidir. Birincisi, milli həmrəylik amilidir ki, bu, belə bir həssas məqamda xüsusi önəm ərz edir. İkincisi, demokratiya, fikir müxtəlifliyi kimi məsələləri ön plana çıxaran bir çox dövlətlərin və beynəlxalq qurumların məhz fərqli siyasi partiyalardan müraciət almasıdır.

Fərqli mövzuları ümumiləşdirərkən, daha bir məqama da diqqət etmək istərdim. Ümidvaram, hər kəs fərqindədir ki, aktiv müharibənin getdiyi, həlledici önəm daşıyan bir çox situasiyadan, dövrdən fərqli olaraq, indi dövlət və cəmiyyətin çox yüksək həmrəyliyini, dövlət və siyasi qurumların, vətəndaş cəmiyyəti institutlarının mükəmməl saat mexanizmi dəqiq çalışdığını və beynəlxalq ictimaiyyətin fasiləsiz olaraq, düzgün məlumatlandırıldığını görürük. Bu, Prezident İlham Əliyevin dövlət idarəetmə istedadının təntənəsidir!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir