İsveç Türkiyəyə terror təşkilatlarını dəstəkləməyəcəyinə söz verib
Bakı, 11 iyul, AZƏRTAC
İsveç Türkiyəyə terrorçu elan etdiyi təşkilatları dəstəkləməyəcəyinə və Avropaya inteqrasiya məsələsində hər cür köməklik göstərəcəyinə söz verib.
AZƏRTAC “Haber Global” telekanalına istinadla xəbər verir ki, bu məsələlərlə bağlı razılaşmaların əldə olunması nəticəsində Türkiyə tərəfi İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun ratifikasiya üçün parlamentə təqdim edilməsinə razılıq verib.
NATO sammitinə uçmazdan əvvəl Ərdoğan bildirib ki, Türkiyə Ankaranın Aİ-yə üzvlüyünə maneələri aradan qaldırmaq müqabilində İsveçin alyansa qoşulmaq istəyini dəstəkləyəcək. Bundan əvvəl Türkiyə hakimiyyəti bəyan etmişdi ki, bunun üçün əsas şərt İsveçin Terrorla Mübarizə üzrə Madrid Memorandumunun öhdəliklərini yerinə yetirməsi olmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]