İsveçdə polis basqını nəticəsində məşhur rəssamların əsərləri ələ keçirilib
Stokholm, 4 mart, AZƏRTAC
İsveçdə polis basqını nəticəsində məşhur rəssamlar Pablo Pikasso, Endi Uorhol və Mark Şaqalın əsərləri ələ keçirilib.
İsveç və İspaniyadan olan polis əməkdaşlarının birgə işi nəticəsində beynəlxalq cinayət şəbəkəsi aşkar edilib. Bundan sonra Helsinqborq şəhərində beynəlxalq narkotik qaçaqmalçılığında əsas şübhəlinin tutulması üçün əməliyyat keçirilib. Reyd nəticəsində polis şübhəlinin evində külli miqdarda pul, maşın, zinət əşyaları, sənət əsərləri aşkarlayaraq müsadirə edib. Digərləri ilə yanaşı, Pablo Pikasso, Endi Uorhol və Mark Şaqalın da əsərləri müsadirə olunub. Polis bəzi bahalı mebel parçalarının əvvəllər İsveçdə oğurlandığını güman edir. Əməliyyat nəticəsində polis bu işlərin iştirakçısı olan bir neçə nəfəri saxlayıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]