İsveçdə relsdən çıxan tramvay binaya çırpılıb
Stokholm, 20 iyun, AZƏRTAC
İyunun 20-nə keçən gecə İsveçin Höteborq şəhərinin mərkəzində ağır qəza baş verib: tramvay relsdən çıxıb və yüksək sürətlə Avenin prospektində qəlyanaltı kafesinə çırpılıb.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində sürücü də daxil olmaqla 8 nəfər xəsarət alıb. Polisin məlumatına görə, onların arasında həyati təhlükəsi olan yoxdur.
İlkin məlumata görə, tramvay sürücüsü kəskin dönmə hərəkətini idarə edə bilməyib, qarşı tərəfdəki səkiyə çıxıb və kafenin yerləşdiyi binanın fasadına çırpılıb. Hadisə baş verən zaman içəridə müştərilər olub.
Şahidlərin bildirdiyinə görə, zərərçəkənlərin köməyinə ilk olaraq yoldan keçənlər gəlib və onlar təcili yardım maşınlarının gəlməsinə qədər tramvayın qapılarını aça biliblər. Qəza bölgəsi dərhal mühasirəyə alınıb və tramvayın boşaldılması işinə başlanılıb.
Polis faktla bağlı “Yol hərəkəti zamanı kobud səhlənkarlıq və sağlamlığa ağır zərər vurma” maddələri ilə iş açıb. “Göteborgs Spårvägar” şəhər tramvay xidməti ilə əməkdaşlıq şəraitində insidentin səbəbi araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]