İsveçin 17 yaşadək futbolçuları ilk oyunda İngiltərə millisinə qalib gəliblər
Bakı, 6 may, Elşad Qəzvini, AZƏRTAC
Mayın 6-da 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin “C” qrupunda birinci turun iki qarşılaşması oynanılıb.
AZƏRTAC xəbər verir ki, ilk oyunda İngiltərə millisi İsveçlə qarşılaşıb. Oyun İsveç yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşə fəal başlayan skandinaviyalı gənclər 4-cü dəqiqədə istəklərinə nail olublar. Asoro komandasını hesabda irəli çıxarıb - 1:0. Futbolçu 59-cu dəqiqədə daha bir qol vuraraq dublunu rəsmiləşdirib. İngiltərə millisi yalnız 62-ci dəqiqədə Nelsonun qolu ilə buraxılan toplardan birinin əvəzini çıxıb.
Beləliklə, ilk turu 3 xalla başa vuran İsveç qrupda liderliyi ələ keçirib.