İSVEÇRƏ KONFEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB YOZEF DAYSA
Hörmətli cənab Prezident,
İsveçrə Konfederasiyasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 yanvar 2004-cü il