İsveçrənin səyahət portalı AZAL-ın Cenevrəyə aviareysləri bərpa etməsindən yazıb
Bern, 24 oktyabr, AZƏRTAC
İsveçrənin www.travel-blog.ch səyahət portalında “AZAL Cenevrəyə uçuşları yenidən bərpa edir” sərlövhəli məqalə yerləşdirilib.
Məqalədə qeyd edilir ki, “Azərbaycan Hava Yolları” (AZAL)bu il oktyabrın 30-dan etibarən Bakı-Cenevrə-Bakı marşrutu üzrə uçuşlara başlayır. AZAL-ın reysləri baqajın və əl yükünün pulsuz daşınması və bortda qidalanmanın da daxil olduğu klassik daşıma sxemi üzrə birgə çarter proqramı çərçivəsində yerinə yetiriləcək.
Məqalədə uçuşla bağlı ətraflı məlumat verilərək bildirilir ki, aviareyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri üç xidmət sinfi - VIP Club, Business Class və ekonom sinfində təkmilləşdirilmiş komfortlu oturacaqlara malik “Airbus A319” təyyarələri ilə yerinə yetiriləcək.
Yazıda, həmçinin Azərbaycan haqqında turistlər üçün maraqlı ola biləcək ilkin informasiyalar, ölkənin coğrafi özəllikləri, səyahət üçün maraqlı məkanlar, eyni zamanda, Bakıda baş tutan kütləvi idman və mədəni tədbirlər haqqında ətraflı məlumat əksini tapıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]