İtaliya 10 il əvvəl Liviya mülki aviasiyasına tətbiq olunan hava embarqosunu ləğv edib
Bakı, 9 iyul, AZƏRTAC
İtaliya hökuməti son 10 ildə qüvvədə olan Liviya təyyarələrinin İtaliyaya uçuşlarına qoyulan qadağanı aradan qaldırmaq qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Liviyanın Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dbeybehin bildirib.
“İtaliya hökuməti 10 il əvvəl Liviya mülki aviasiyasına tətbiq edilən hava embarqosunu ləğv etmək qərarını açıqladı”, - Baş nazir tviter hesabında yazıb. O əlavə edib ki, uçuşlar bu ilin sentyabrında bərpa olunacaq.
Əbdülhəmid Dbeybehin italiyalı həmkarı Ciorcia Meloniyə qərarı dəstəklədiyinə görə təşəkkür edib. Onun sözlərinə görə, bu qərar Liviya vətəndaşlarının gediş-gəlişini xeyli asanlaşdıracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]