İtaliya millisinin baş məşqçisi komandanın qapıçısını sərt şəkildə qınayan azarkeşlərə müraciət edib
Bakı, 7 oktyabr, AZƏRTAC
Futbol üzrə İtaliya millisinin baş məşqçisi Roberto Mançini komandasının UEFA Millətlər Liqasının “Dördlər finalı”nın yarımfinal mərhələsində ötən gün İspaniyaya 1:2 hesabı ilə uduzduğu oyunda azarkeşlər tərəfindən sərt tənqid olunan qapıçı Canluici Donnarummaya dəstək nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında baş məşqçi Roberto Mançini milli komandanın qapıçısının azarkeşlər tərəfindən fitə basılmasına etiraz edərək deyib: “Təbii ki, azarkeşlərin bu hərəkəti nə Canluicinin, nə də digər futbolçuların xoşuna gəlmədi. Demək olar ki, Donnaruma heç də pis oynamadı. Təbii ki, oyunun nəticəsinə görə hamımız məyus olmuşuq. Amma azarkeşlər unutmasınlar ki, bu klub oyunu yox, yığma komandanın oyunudur və İtaliya milisi klublarla müqayisədə çox güclüdür”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]