İtaliya sahillərində miqrantları daşıyan qayıqlar batıb, 30-dan çox insan itkin düşüb
Roma, 7 avqust, AZƏRTAC
İtaliyanın cənubundakı Lampeduza adası yaxınlığında miqrantların olduğu iki qayıq batıb.
AZƏRTAC xəbər verir ki, dənizdə və havadan aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində 57 miqrant xilas edilib, bir qadın və bir uşağın cəsədi tapılıb. Ümumilikdə 30-dan çox insanın itkin düşdüyü bildirilib. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, son illərdə İtaliya Şimali Afrikadan Avropaya qeyri-qanuni miqrasiya yollarından birinə çevrilib. İlin əvvəlindən İtaliya 85 minədək miqrant qəbul edib. 2014-cü ildən bəri isə Liviya və Tunisdən İtaliyaya dəniz yolu ilə çatmaq istəyən 14 mindən çox insan ölüb və ya itkin düşüb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]