İtaliya sahillərində zəlzələ olub
Roma, 1 aprel, AZƏRTAC
İtaliyanın cənubundakı Apuliya regionu sahillərində, Qarqano və Tremiti adaları arasında 3,8 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb. Episentri San Nikandro Qarqaniko şəhərinin Foggia bələdiyyəsindən 14 kilometr aralıda, dənizdə olan zəlzələnin ocağı 6 kilometr dərinlikdə yerləşib.
Dağıntı və insan tələfatı qeydə alınmayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]