İtaliya tibbi müayinəyə ehtiyacı olan 23 miqrantı qəbul edib
Roma, 16 mart, AZƏRTAC
İtaliya Aralıq dənizində üzən “Ocean Viking” humanitar gəmisindəki vəziyyəti ağır və tibbi müayinə ehtiyacı olan 23 miqrantı qəbul edib.
AZƏRTAC xəbər verir ki, mühacirlər İtaliya sahil mühafizə xidmətinin patrul gəmiləri ilə Kataniya limanına gətirilib. Miqrantlar tibbi müayinə üçün Palermo və Aqriqentodakı xəstəxanalara yerləşdirilib.
“Ocean Viking” gəmisi göyərtəsində müxtəlif vaxtlarda xilas olunmuş 359 nəfərlə İtaliyanın Ankona limanına doğru üzür. Mühacirlərin 265-i kişi, 31-i qadın, 63-ü isə uşaqlardır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]