İtaliyada daşqın və torpaq sürüşməsi baş verib
Roma, 28 avqust, AZƏRTAC
İtaliyada şiddətli leysan yağışlarından sonra sel, daşqın və torpaq sürüşməsi baş verib.
AZƏRTAC xəbər verir ki, ölkənin şimal və mərkəzi regionlarında iki gündür davam edən aramsız yağışlar çayları məcrasından çıxarıb, müxtəlif bölgələrdə torpaq sürüşməsinə səbəb olub. Kampaniya regionunun Talaniko qəsəbəsində torpaq sürüşməsi nəticəsində iki nəfər itkin düşüb. Axtarış-xilasetmə işlərinə yanğınsöndürənlər və təhlükəsizlik qüvvələri cəlb olunub.
Kaserta, Avellino və İrpiniya bölgələrində evləri və iş yerlərini su basıb, maşınlar yollarda su altında qalıb. Təbiət hadisəsi şəhərlərdə infrastruktura böyük ziyan vurub.
Emilia-Romanya regionunda tufan, leysan yağışları və güclü külək nəqliyyatın hərəkətində problemlər yaradıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]