İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib
Roma, 20 avqust, AZƏRTAC
İtaliyada hökm sürən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub.
AZƏRTAC xəbər verir ki, Lombardiya və Liquriya regionlarında leysan yağışları nəticəsində daşqınlar baş verib. Avqustun 20-si üçün hər iki regionda narıncı hava xəbərdarlığı elan edilib. Milan və Berqamo şəhərlərində isə güclü külək ağacları yollara aşırıb, parklar bağlanıb.
Siciliyada daşqınlar nəticəsində iki avtomobil axına düşüb, mülki müdafiə qüvvələri iki nəfəri xilas edib, birinin axtarışları davam edir.
Ölkə üzrə havanın temperaturu 10 dərəcə aşağı enib, qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]
Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb
- 08.06.2026 [14:27]
İyunun 8-i Ümumdünya Okeanlar Günüdür
- 08.06.2026 [14:25]