İtaliyada həftəsonu havanın temperaturunun rekord həddə çatacağı gözlənilir
Roma, 15 iyul, AZƏRTAC
İtaliyada anomal istilər səbəbindən “qırmızı” xəbərdarlıq elan olunan şəhərlərin sayı artıb.
AZƏRTAC xəbər verir ki, Avropanın cənubunda müşahidə edilən anomal istilər səbəbindən şənbə günü üçün İtaliyada paytaxt Roma daxil olmaqla 15 şəhərdə, bazar günündə isə 16 şəhər üçün “qırmızı” xəbərdarlıq elan olunub.
Mütəxəssislər həftənin əvvəlindən ölkədə müşahidə olunan anomal istilərin təsirini daha da artıracağını, həftəsonu temperaturun rekord göstəriciyə çatacağını bildiriblər. Həftə sonunda havanın temperaturunun orta göstəricidən 12 dərəcə yüksək olacağı qeyd olunub. İtaliyanın Siciliya və Sardiniya adalarında isə temperaturun 48 dərəcəyə çatacağı gözlənilir.
Vurğulanıb ki, anomal istilər təkcə yaşlılar, klinik cəhətdən həssas insanlar və uşaqlar üçün deyil, bütün əhali üçün təhlükə yaradır.
AZƏRTAC-ın xüsusi müxbiri
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]