İtaliyada tarixdə ilk dəfə yelkənli qayıq üzrə “Amerika kuboku” keçiriləcək
Roma, 15 may, AZƏRTAC
İtaliyanın Neapol şəhəri 2027-ci ildə tarixdə ilk dəfə yelkənli qayıq üzrə “Amerika kuboku”na ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, İtaliyanın Baş naziri Ciorcia Meloni bunun ölkəsi üçün böyük qürur olduğunu deyib: “Qürur hissi ilə bildirirəm ki, “Amerika kuboku” tarixdə ilk dəfə İtaliyada keçiriləcək. Neapol şəhəri 2027-ci ildə dünyanın ən məşhur və nüfuzlu yelkənli idman turnirinin 38-ci buraxılışına, milyonlarla həvəskarın iştirak etdiyi qlobal tədbirə ev sahibliyi edəcək. Biz “Amerika kuboku”nu qarşılamağı səbirsizliklə gözləyirik”.
Ciorcia Meloni turnirin, həmçinin hökumətin Baqnoli ərazisini müasir turizm, dənizkənarı və ticarət mərkəzinə çevirmək üçün başlatdığı yenidənqurma və regenerasiya planını sürətləndirməyə imkan verəcəyini bildirib.
Qeyd edək ki, “Amerika kuboku” istənilən idman növündə hələ də fəaliyyət göstərən ən qədim beynəlxalq yarışlardandır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]