İtaliyanın bir qrup dövlət və ictimai-siyasi xadimi Azərbaycana gələcək
Bakı, 16 aprel, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bakıda təşkil edəcəyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda İtaliyanın dövlət xadimləri və siyasətçilərindən ibarət nümayəndə heyəti də iştirak edəcək.
Komitədən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə İtaliya parlamentinin vitse-spikeri Linda Lanzelotte, sabiq Baş nazir Massimo D`Alema və keçmiş xarici işlər naziri Franko Frattini daxildir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Franko Frattini Forum çərçivəsində radikallaşma mövzusunda keçirilən paneldə müzakirələrdə moderatorluq edəcək.
“Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunan Forumda dünyanın ən nüfuzlu siyasətçiləri yeni dünyanın başlıca problemləri, radikallaşma meyillərinin artması, Avropa İttifaqı və qonşuluq siyasəti, enerji təhlükəsizliyi, etimadın yaradılmasında dinlərarası dialoqun rolu,
təhlükəsizliyin təminatında regional təşkilatların əhəmiyyəti kimi məsələlərə dair fikir mübadiləsi aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]