İtaliyanın “ITA Airways” şirkəti “Lufthansa Group”la yeni kod-şerinq sazişi imzalayıb
Roma, 14 iyun, AZƏRTAC
İtaliyanın “ITA Airways” aviaşirkəti ilə “Lufthansa Group” arasında yeni kod-şerinq (codeshare) sazişi imzalanıb.
AZƏRTAC xəbər verir ki, saziş iyulun 1-dən etibarən qüvvəyə minəcək və uzun məsafəli uçuşlara şamil olunacaq. Belə ki, “Lufthansa”, “SWISS”, “Austrian Airlines” və “Brussels Airlines” şirkətlərinin uzun məsafəli uçuşlarını “ITA Airways” vasitəsilə rezervasiya etmək mümkün olacaq. Bununla da, “ITA Airways”in sərnişinləri “Lufthansa Group”un 250-dən çox kod-serinq məntəqəsi seçimini əldə edəcəklər.
Qeyd edək ki, sərnişinlər mart ayından etibarən “ITA Airways” və “Lufthansa Group”un digər şəbəkə hava yolları vasitəsilə İtaliya və Avropa daxili uçuşları üçün 100-dən çox yeni kod-şerinq uçuşları sifariş edə bilirdilər. Kod-şerinq müştərilərə geniş uçuş seçimi və daha çox çeviklik imkanı yaradır. Bu, səyahət etməyi müştərilər üçün daha asan, rahat və cəlbedici edir.
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]