İtaliyanın U-19 komandası Avropa çempionu adını qazanıb
Bakı, 17 iyul, AZƏRTAC
On doqquz yaşadək futbolçulardan ibarət İtaliya yığması Avropa çempionu olub.
AZƏRTAC xəbər verir ki, çempionatın finalında İtaliya və Portuqaliya milliləri üz-üzə gəliblər.
Maltadakı “Ta-Kali” stadionunda keçirilən görüşü Sven Yablonskinin rəhbərlik etdiyi Almaniyadan olan hakimlər briqadası idarə edib.
Görüş İtaliya millisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Matçda yeganə qolu 19-cu dəqiqədə müdafiəçi Mikael Kayode vurub. İtaliya seçməsi 20 ildən sonra yenidən yeniyetmələr arasında keçirilən Avropa çempionatının qalibi adını qazanıb.
Turnirin qrup mərhələsində də Portuqaliya və İtaliya komandaları üz-üzə gəliblər. Həmin matç Portuqaliya seçməsinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
İtaliya millisi tarixində ikinci dəfə və 2003-cü ildən sonra ilk dəfə Avropa çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]