İxrac olunan polietilenin həcmi açıqlanıb
Bakı, 17 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında Azərbaycandan 80,5 min ton polietilen ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 83 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2022-ci ilin eyni aylarında 68,7 milyon dollarlıq 48,3 min ton polietilen ixrac olunub.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [20:04]
WUF13 ilə əlaqədar 28 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir
- 13.05.2026 [19:16]
Mayda qlobal neft tədarükü gündəlik 94,5 milyon barelə enəcək
- 13.05.2026 [19:11]
Azərbaycan Özbəkistan Enerji Həftəsində təmsil olunub
- 13.05.2026 [18:50]
İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
- 13.05.2026 [18:48]
Azərbaycan qlobal telekommunikasiya simpoziumunda təmsil olunub
- 13.05.2026 [18:28]