İyul ayında Çində avtomobil istehsalı və satışı azalıb
Bakı, 16 avqust, AZƏRTAC
Çində avtomobil istehsalı və satışı iyul ayında keçən ilin eyni dövrü ilə müqayisədə azalıb, avtomobil ixracı isə artıb.
AZƏRTAC Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına istinadla xəbər verir ki, iyul ayında ölkədə 2 milyon 400 min avtomobil istehsal edilib, 2 milyon 390 min avtomobil satılıb. Avtomobil istehsalı illik müqayisədə 2,2 faiz, satışlar isə 1,4 faiz azalıb.
Avtomobil istehsalı ilk 7 ayda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artaraq 15 milyon 650 minə, satışlar isə 7,9 faiz artaraq 15 milyon 630 minə çatıb.
Digər tərəfdən avtomobil ixracı üzrə iyul ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artım qeydə alınıb.
Çin Sərnişin Avtomobilləri Assosiasiyasının məlumatına görə, keçən ay cəmi 310 min avtomobil ixrac edilib və avtomobil ixracı illik müqayisədə 63 faiz artıb.
İlk 7 ayda Çindən cəmi 1 milyon 990 min avtomobil ixrac edilərkən, ixracatda artım 81 faizə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]