İyulun 8-9-da milli parklarda gözlənilən hava şəraiti
Bakı, 7 iyul, AZƏRTAC
İstirahət günlərində (iyulun 8-9-da) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Samur-Yalama Milli Parkında hava şəraitinin sabit, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək, iyulun 8-də arabir güclənəcək. Havanın temperaturunun gecə 15-19°, gündüz 30-34° isti olacağı proqnozlaşdırılır.
Altıağac Milli Parkında istirahət günlərində yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18°, gündüz 28-33° isti olacağı bildirilir.
Ağgöl Milli Parkında yağmursuz, sabit hava şəraiti gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19°, gündüz 31-36° isti olacaq.
Qızılağac Milli Parkına yollanmaq istəyənləri sabit, yağmursuz hava şəraiti gözləyir. Mülayim şərq küləyi əsəcək. Gecə və səhər duman olacaq. Havanın temperaturunun gecə 19-22°, gündüz 31-35° isti olacağı ehtimal edilir.
Göygöl Milli Parkında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-19°, gündüz 22-26° isti olacağı ehtimalı var.
Şirvan Milli Parkında havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək, gündüz saatlarında arabir güclənəcək. Havanın temperaturu gecə 22-24°, gündüz 35-38° isti olacaq.
Hirkan Milli Parkında sabit, yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Gecə və səhər duman olacaq. Havanın temperaturunun gecə 19-22°, gündüz 32-35° isti olacağı gözlənilir.
Milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir. Turistlər bu gözəllikləri həvəslə ziyarət edərək həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur ki, bu da ekoturistlərin sayının artan templə inkişafını təmin edir. Milli parklarda ekoturizmin daha da inkişaf etdirilməsi üçün ardıcıl tədbirlər görülür.