İyunda Klinik Tibbi Mərkəzə 21 nəfər ilan sancması ilə müraciət edib
Bakı, 1 iyul, AZƏRTAC
İyun ayı ərzində Klinik Tibbi Mərkəzə 21 nəfər ilan sancması ilə müraciət edib.
Bu barədə AZƏRTAC-a Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov məlumat verib.
Bildirilib ki, apreldə 1 nəfər, mayda isə 8 nəfər olmaqla bu il klinikaya ümumilikdə 30 nəfərin ilan sancması ilə müraciəti daxil olub. İlan sancmaları əsasən Bakının daş karxanası olan ərazilərində qeydə alınıb.
Məlumata əsasən, ötən ay 2 nəfər əqrəb, 1 nəfər isə qara qurd sancması ilə müraciət edib.
Qeyd edək ki, Azərbaycanda hər il 100-dən çox ilan sancmaları ilə zəhərlənmələr müşahidə olunur. Bu müraciətlərə, əsasən, aprelin əvvəlindən noyabra qədər rast gəlinir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]