Jurnalistlərin təhlükəsizliyi, qorunması ümumi məsələdir – koreyalı professor
Şuşa, 23 iyul, H.Əhmədov, G.Nəzərova, AZƏRTAC
Jurnalistlərin təhlükəsizliyi, müdafiə olunması ümumi məsələdir. Bunun üçün ilk olaraq cəmiyyətlərdə sağlam düşüncənin olması vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Koreya Siyasi Elm Assosiasiyasının vitse-prezidenti professor Gi Vung Jung Şuşa Qlobal Media Forumu çərçivəsində təşkil olunan “Təhlükəsizlik məsələləri” adlı sessiyada jurnalistlərin təhlükəsizliyi məsələlərinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, əgər cəmiyyət sağlam düşüncədə olarsa, həmin vaxt jurnalistlərin təhlükəsizliyi probleminin həlli istiqamətində irəliləyişə nail olmaq mümkündür.
Koreyalı professor Şuşa Qlobal Media Forumunun keçirilməsinə görə Azərbaycan tərəfinə təşəkkürünü də ifadə edib.