Kabo-Verde millisinin ev oyunlarını keçirdiyi stadiona Pelenin adı veriləcək
Bakı, 5 yanvar, AZƏRTAC
Kabo-Verde hökuməti FIFA prezidenti Canni İnfantinonun hər ölkədə Pelenin adına stadionun olması təklifini dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, bunu ölkənin Baş naziri Xose Ulisses Korreya i Silva sosial şəbəkələrdə açıqlamasında bildirib.
Açıqlamada deyilir: “Peleyə təşəkkür edərək. Dünyanın bir çox ölkəsi tərəfindən dəstəklənəcəyinə inandığım təşəbbüsün bir hissəsi olaraq Milli stadionumuzun adını “Pele Stadion” adlandırmaq niyyətindəyik. Kabo-Verdi və Braziliyanın birgə tarixi və mədəniyyəti var”.
Qeyd olunur ki, Pelenin adını daşıyacaq Milli stadion 15 min tamaşaçı tutumuna malikdir və Kabo-Verde millisi ev oyunlarını bu arenada keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]
“Şəfa” klubu növbəti transferini reallaşdırıb
- 10.06.2026 [12:43]