Azərbaycan Dövlət İnformasiya Agentliyi

KAFKASSAM direktoru: Türkiyə və Azərbaycan arasındakı əlaqələr inkişafın yüksək mərhələsindədir - MÜSAHİBƏ

KAFKASSAM direktoru: Türkiyə və Azərbaycan arasındakı əlaqələr inkişafın yüksək mərhələsindədir -  MÜSAHİBƏ

Bakı, 6 avqust, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC türkiyəli professor, politoloq, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (Kafkasya Stratejik Araştırmalar Merkezi – KAFKASSAM) direktoru Həsən Oqtay ilə müsahibəni təqdim edir.

– Türkiyə və Azərbaycan arasındakı iqtisadi münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Hansı sektorlar daha dinamik inkişaf edir?

- Cənubi Qafqazın inkişaf edən ölkələrindən biri olan Azərbaycan təxminən 21 milyard dollar həcmində ixrac potensialına malikdir. Neft və qaz kimi enerji məhsullarının üstünlük təşkil etdiyi ixracyönümlü Azərbaycan iqtisadiyyatı diversifikasiya məqsədilə dünyada baş verən iqtisadi trendləri diqqətlə izləyir və bu çərçivədə Türkiyə ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə çalışır.

2023-cü ildə Türkiyə ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 31 faiz artaraq 7,65 milyard dollar səviyyəsinə çatıb. Bu məbləğin 3,6 milyard dolları Türkiyənin Azərbaycana ixracı, 4,05 milyard dolları isə Azərbaycanın Türkiyəyə ixrac etdiyi məhsullardır. Ticarət dövriyyəsində Türkiyədən Azərbaycana ixrac olunan əsas məhsullar sırasında maşın və avadanlıqlar, avtomobil hissələri, tekstil məmulatları və ərzaq məhsulları yer alır. Azərbaycanın Türkiyəyə ixracında isə enerji məhsulları, xüsusilə neft və təbii qaz ön plana çıxır. Xidmət sektorunda isə türk podratçı şirkətləri bu günə qədər Azərbaycanda 20 milyard dollara yaxın dəyəri olan 500-dən artıq layihə həyata keçirib.

Bundan əlavə, turizm, təhsil və logistika sahələrində də əməkdaşlıq yüksələn xətlə davam edir.

– İki ölkə arasında iqtisadi inteqrasiyanı nə dərəcədə dərin hesab etmək olar? Vahid iqtisadi məkanın formalaşmasından danışmaq mümkündürmü?

– Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə bütün aspektlərdən baxdıqda, onların olduqca yüksək inkişaf səviyyəsində olduğunu demək olar. Əməkdaşlıq və ticarət əlaqələri bütün sahələrdə gündəmə gətirilməli, ticarət dövriyyəsi isə hər il artırılmalı və şaxələndirilməlidir. Həm azərbaycanlı sahibkarlar Türkiyədə sərbəst şəkildə və hüquqi təminat altında biznes qurmaq və investisiya yatırmaq imkanı əldə etməli, həm də, türkiyəli sahibkarlar Azərbaycanda bu imkanlardan yararlanmalıdırlar. Bunun üçün hər iki ölkə prosedurların sadələşdirilməsi istiqamətində normativ-hüquqi aktlar qəbul etməlidir. Dövlət qurumları arasında aparılan ticarət əhəmiyyətlidir, lakin eyni zamanda, elə bir mühit yaradılmalıdır ki, özəl sektor da iki ölkə arasında ticarətin inkişafına sərbəst sahibkarlıq təşəbbüsü kimi tam töhfə verə bilsin. Neft, qaz və onlardan əldə edilən məhsullara əsaslanan ticarət əlaqələri şaxələndirilməli, yeni istiqamətlər inkişaf etdirilməlidir. Türkiyə ilə Azərbaycan arasında ticarət münasibətlərinin inkişafı baxımından sənaye istehsalı, kənd təsərrüfatı, nəqliyyat, nanotexnologiyalar, proqram təminatı və süni intellekt sahələrinə sərmayə yatırılması olduqca mühüm əhəmiyyət kəsb edir. Tikinti sektoru dinamik inkişaf edən sahələrdən biri olsa da, texnoloji sərmayələrə, dünya bazarına istiqamətlənmiş rəqabət qabiliyyətli sahələrin formalaşdırılmasına, birgə istehsal və məhsulların qlobal səviyyədə ixracına daha çox diqqət yetirilməlidir.

– Türkiyə və Azərbaycanın Avropa ilə Asiya arasında alternativ marşrut kimi Orta Dəhlizin inkişafındakı rolu nədir? Onun ötürmə qabiliyyətinin və dayanıqlığının artırılması üçün hansı investisiyalar və infrastruktur layihələri zəruridir?

– İlk növbədə, Orta Dəhliz layihəsinin həyata keçirilməsi üçün Türk Dövlətləri Təşkilatı təşəbbüsü öz üzərinə götürməli və bu prosesin idarə olunmasında fəal rol oynamalıdır. Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycan bu layihənin mərkəzində qərar tutur və bu ölkənin iştirakı olmadan layihənin icrası ümumiyyətlə mümkün deyil.

– Orta Dəhliz Türkiyə və Azərbaycan üçün təkcə iqtisadi deyil, həm də daha geniş Avrasiya kontekstində geosiyasi təsir alətinə çevrilə bilərmi?

– Türkiyə Asiya ilə Avropa arasında yerləşən geostrateji mövqeyinə görə qlobal ticarətdə əsas rola malikdir. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşirik. Qlobal tələbatı qarşılayan infrastruktur layihələri çərçivəsində ölkəmizin aparıcı rol oynaması qaçılmazdır. Qısa şəkildə desək, Orta Dəhliz konsepsiyası Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində hazırlanmış strateji nəqliyyat alternatividir və Avrasiya regionunda ticarətin daha effektiv və sürətli şəkildə həyata keçirilməsini hədəfləyir. Çindən başlayan Orta Dəhliz dəmir yolu Xəzər dənizindən keçərək Türkiyəyə çatır, buradan isə “Marmaray” sistemi və Bosfor körpü bağlantıları vasitəsilə Avropaya uzanır. Bu marşrut, mövcud nəqliyyat yolları ilə müqayisədə daha qısa olduğu üçün xərc baxımından əhəmiyyətli üstünlüklər təmin edir.

– İran, Rusiya və Çin kimi ölkələrin Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi koordinasiyaya təsirini necə qiymətləndirirsiniz? Rəqabət və əməkdaşlıq arasındakı sərhəd haradan keçir?

– İran, Rusiya və Çin – bu üç ölkə bölgədə Türk dünyası ilə rəqabət aparan ən mühüm güclərdir. Tarixi hadisələr göstərir ki, yaxın gələcəkdə bu üç ölkədə sistem xarakterli dəyişikliklər baş verəcək və 350 milyonluq əhaliyə malik Türk dünyası bu coğrafiyada əsas gücə çevriləcək. 1801-ci ildə ruslar Tiflisə daxil olanda, heç bir dövlət adamı bunun Türk dünyası üçün “yaşamaq və ya məhv olmaq” məsələsinə çevriləcəyini anlamadı. Hətta iranlı Qacarlar sülaləsinin türkmən mənşəli şahzadəsi Abbas Mirzə ruslara qarşı qəhrəmancasına mübarizə aparsa da, 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsi Türk dünyasını faktiki olaraq iki yerə böldü: Şərqi və Qərbi türklərin sərhədinə çevrilən Cənubi Qafqaz Rusiya nəzarətinə keçdi. Osmanlı türkləri ilə İran türkləri isə dünyada baş verən dəyişiklikləri anlamadan dini rəqabətə girdilər və nəticədə hər iki imperiya məğlub oldu. Əgər bu siyahıya Baburilər imperiyasını da əlavə etsək, demək olar ki, türk xalqları üçün bir fəlakət dövrü başlandı. Sovet İttifaqının dağılmasından sonra Şimali və Cənubi Qafqaz Türk dünyası üçün yenidən böyük əhəmiyyət qazandı və qlobal ticarət artıq bu istiqamətdə formalaşmağa başlayacaq. İran, Çin və Rusiya regionu öz nəzarətində saxlamaqla qlobal siyasəti ticarət marşrutları və ticarət balansı vasitəsilə yönləndirmək istəyirlər. Çin, Rusiya və İranda baş verəcək sistem dəyişikliklərinə hazırlıq isə məhz bu üçtərəfli sülhün bağlanması ilə başlamalıdır. Bu, ilk addım olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub