Kalıbek Koblandin: Bakı-Şuşa Forumunda imzalanan bəyanatı yüksək qiymətləndiririk
Şuşa, 21 dekabr, Elmir Səftərov, AZƏRTAC
Biz Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumunda imzalanan bəyanatı yüksək qiymətləndiririk.
AZƏRTAC xəbər verir ki, bu fikirləri dekabrın 21-də Şuşada keçirilən Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumunda Qazaxıstan Respublikasının “Otandastar” Fondunun beynəlxalq şöbəsinin
müdiri cənab Kalıbek Koblandin söyləyib.
“Türkdilli dövlətlərin hər birinin diaspor icmalarını biri-biri ilə əlaqələndirməliyik”, - deyə Kalıbek Koblandin əlavə edib.