KALİFORNİYADA İLK ABŞ-AZƏRBAYCAN İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI FORUMU KEÇİRİLMİŞDİR
Nazir Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti Kaliforniyaya səfər çərçivəsində informasiya texnologiyaları istehsalı üzrə dünyanın mərkəzi sayılan Silikon vadisində ABŞ-ın Sisko Sitem, İntel, HP kimi məşhur şirkətlərinin rəhbərliyi ilə görüşmüşdür, bu şirkətlərin Azərbaycanda və bölgəmizdə fəaliyyətinə dair fikir mübadiləsi aparmışdır.
Əli Abbasov ABŞ-da yaşayan məhşur həmvətənimiz Lütfi Zadə ilə ayrıca görüşmüşdür. Cənab Lütfi Zadə Azərbaycanda təhsilin inkişafının, hökumət tərəfindən gənc nəslin yetişdirilməsinə qayğının artırılmasının vacibliyini vurğulamışdır. O, iş adamlarımızı informasiya və kommunikasiya texnologiyaları sahəsində qabaqcıl ölkələrin təcrübəsindən istifadə etməyə çağırmış, qeyri-neft sektorunda informasiya texnologiyalarına aparıcı rol ayrılmasının zəruriliyini söyləmişdir. Nazir Əli Abbasov növbəti forumun Azərbaycanda keçirilməsi niyyətini ifadə etmiş, professor Lütfi Zadəni həmin forumda görmək arzusunda olduğunu bidirmişdir.