KANADA İLƏ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Assosiasiya idarə heyətinin üzvləri Brok Universitetinin professoru Con Valker və Makmaster Universitetinin professoru İlham Axundov Odlar Yurdu, Xəzər, Azərbaycan Dövlət İqtisad və Lənkəran Dövlət universitetlərində görüşlər keçirmiş, statistika fənni üzrə işçi proqramlarının təkmilləşdirilməsinə dair müzakirələr aparmış, təhsil ocaqlarına müasir dərs vəsaitləri və müxtəlif proqramlar hədiyyə etmişlər.
Qonaqlar Dövlət Statistika Komitəsində, Xarici İşlər Nazirliyində və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində olmuşlar.
Assosiasiya yaxın gələcəkdə Azərbaycanın və Kanadanın digər dövlət qurumları arasında da ikitərəfli əməkdaşlığın formalaşmasına yardım etməyi planlaşdırır.